Son səkkiz ildə Türkiyədə birja sövdələşmələri zamanı dolların məzənnəsi tarixi maksimuma - 3,120 TL/USD-yə çatıb. Hərçənd çərşənbə axşamı dolların rəsmi məzənnəsi 2,3226 TL/USD səviyyəsində müəyyənləşdirilib.
Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə Mərkəzi Bankının müəyyənləşdirdiyi məzənnə bazar ertəsinə nisbətən dəyişməz qalıb, lakin ötən gün birja məzənnəsi 2,4140 TL/USD təşkil edib, yəni sutka ərzində türk lirəsinin qiyməti 29,2 faiz aşağı düşüb.
Qəzetin yazdığına görə, dolların türk lirəsinə qarşı məzənnəsində sonuncu sıçrayış (2,9 TL/USD) bu ilin martına müşahidə olunub.


Şərhlər