"Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus "ADY Ekspress" MMC-nin direktoru Əkbər Mədətli vəzifəsindən azad edilib.
"Report" xəbər verir ki, şirkətə rəhbərlik Azad Qasımova həvalə olunub.
O, bundan əvvəl də - 2022-ci ilin noyabr ayına qədər "ADY Ekspress"ə rəhbərlik edib.
Xatırladaq ki, "ADY Ekspress" 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6 912 464 manatdır. Şirkət dəmir yolu ilə yükdaşımaların artırılması, xüsusilə də tranzit yüklərin cəlb olunması üçün ekspeditor və iri həcimli yük sahiblərinə onlayn xidmətlər təklif edir.


Şərhlər
Heç bir sorğusuz yeni Bazar İqtisadi qurumunun hələ də tam (Biznes-Menecer-Menecment-Gəlir) məramında çalışmayan cəmiyyət, müəssisələr varmış? İkililik, zəif kiçik müəssisələr və aşağı qazanc elə həmin səbəbdən deyilmi? Özəl, ya dövlət, məgər hər istehsal, xidmət və digər müəssisə, agentliklərin baş məramı məhsul, ya xidmət bazarını öyrənib-genişlətməli deyilmi? ADYna əlavə ADY *Ekspress* nədir?