Menu

İtkin rəfiqələrdən daha biri tapıldı

24.03.2025, 12:55
İtkin rəfiqələrdən daha biri tapıldı

Martın 17-də itkin düşmüş üç rəfiqədən daha biri tapılıb.

"AzPolitika"  "oxu.az"-a istinadən xəbər verir ki, itkin düşən kimi axtarışa verilmiş yeniyetmələrdən biri polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, martın 17-də yetkinlik yaşına çatmayan üç rəfiqə evdən çıxıb və bir daha geri qayıtmayıb. Onlardan birinin anası müğənnidir.

Xatırladaq ki, dünən rəfiqələrdən biri də tapılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol