Menu

QMİ fitrə zəkatının məbləğini açıqladı

24.03.2025, 13:04
QMİ fitrə zəkatının məbləğini açıqladı

"Qafqaz Müsəlmanları İdarəsi tövsiyə edir ki, hər ailədə adambaşına 10-15 manat fitrə zəkatı çıxarılsa, daha yaxşı olar".

Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.

“Hər bir ailə başçısı ailədə neçə nəfər varsa, onun sayına uyğun fitrə zəkatı çıxarmalıdır. Fitrə zəkatı ən çox istifadə olunan ərzaqdan 3 kq hesablanır. Ancaq fitrə zəkatının pul şəklində verilməsi daha məqsədəuyğundur. Nəticədə kasıb ailələr də həmin pulu öz ehtiyaclarına ödəyər. İnsanlar minimum ərzağın hesablanmasındansa, orta səviyyəni hesablasalar, daha yaxşı olar”,- o qeyd edib.

F. Nurullayev deyib ki, fitrə zəkatını çıxarmaq vacibdir: “Oruc tutmayanlar da çıxarmalıdır. Amma maddi imkanı olmayan insanlar çıxarmır. Fitrə zəkatını bayram namazına qədər versələr, yaxşıdır. Bayram axşamından səhəri gün bayram namazına qədər fitrə zəkatı verilməlidir. Ancaq çatdıra bilməsələr, bayram namazından sonra da verə bilərlər”.

Şərhlər

İbrahim 2025-03-26 04:28:47

Fitrə zəkatı pul ilə verilmir. ərzaq ilə verilir. Sünnə baxın Allah Rəsulu necə edib.

Vəli 2025-03-24 15:06:21

Zəkatın "kasıblara paylanacağı" sizləri çaşdırmasın. Şeyximizin kasıb dedikləri və zəkat paylayacaq "kasıblar" Brilyantdır, Tolikdir, Rövşanədir və sair bunlar kimi kasıblardır ki, 3manatlıq zəkat pulu ilə onların da torbasını doldurmaq, könüllərin xoş etmək əsla mümkün ola bilməz. İllah da ki, onlara belə pulları ilin 12 ayı vermək lazım olduğu üçün hələ 15 manat da azlıq edəcək.

Taleh 2025-03-24 14:58:59

Keçən illərdə Şeyximizin fətvası ilə zəkat pulu 3kq sənin dəyərində adambaşına yəni 1 man 20, 1 man 50 qəpik idi. İndi 15 manat, yəni Şeyxinin Tarif Şurasında daimansız, insafsız olduğunu bir daha ortaya qoyaraq 10 dəfəyə qədər artım edib. Görünür kartof, banan alverindən gələn gəlir onun nəfsini doldurmur. Yəni "Şakaya çox pul lazımmış. Zəkatın kasıblara verilməsi isə mifdir. 5-6 faiz verilə ya verilməyə. Allahım sən bizi belə imansız dindarlarımızdan qoru ya Rəbbim

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol