Avropa Komissiyasının maliyyə komissarı Pyer Moskovisi bu barədə açıqlama verib
Yunanıstan, nəhayət ki, gələn ilin fevral ayında beynəlxalq kreditorlara olan borucunu bağlaya biləcək. Avropa Komissiyasının maliyyə komissarı Pyer Moskovisi bu barədə açıqlama verib. Fransalı komissar qeyd edib ki, ilin sonunda Troyka nümayəndələri Yunanıstanı tərk edəcək və rəsmi Afina ilə Avropa arasında əməkdaşlığın yeni mərhələsi başlayacaq. Prosesin möhkəmləndirilməsi üçün isə, yunan hökumətinin növbəti dəfə islahatlara əl atacağı da istisna edilmir.
2010-ci ildən indiyə qədər Yunanıstan 240 milyard avro həcmində kredit almışdı.
İqtisadi geriləmədən yaxa qurtarmağa çalışan ölkə parlamenti bu gün öz prezidentini seçəcək. Mühafizəkar baş nazir Antonis Samaras seçkilərdə qalib gəlməyə çalışan əsas namizədlərdən biri olacaq. Avropanın sərt tədbirlər paketinə qarşı çıxan Siriza partiyasının lideri Aleksis Çipras isə, onun əsas rəqibidir. Çipras hökumətin iddilarının əksinə, sərt tədbirlər proqramının iflasa uğradığını bildirir. |Associated Press


Şərhlər