Menu

Ukrayna ilə mineral ehtiyatlarla bağlı sazişə dair razılıq əldə olunub - Donald Tramp

24.03.2025, 22:01
Ukrayna ilə mineral ehtiyatlarla bağlı sazişə dair razılıq əldə olunub - Donald Tramp

ABŞ Ukrayna ilə mineral ehtiyatlara dair sazişlə bağlı razılığa gəlib.

APA “Clash Report” nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

“Biz faydalı qazıntılarla bağlı müqavilə üzrə razılıq əldə etmişik. Sazişi tezliklə imzalayacağıq. İndi biz ərazi haqqında danışırıq”, - Ağ Ev rəhbəri deyib.

Bundan əlavə, Tramp qeyd edib ki, ABŞ və Ukrayna arasında elektrik stansiyasının mülkiyyəti ilə bağlı danışıqlar davam edir.

Söhbətin Zaporojye AES-dən getdiyi güman edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol