Ukraynada ilk dəfə olaraq 2007-ci il təvəllüdlü rus əsgərinin ölümü təsdiqlənib.
“AzPolitika” bildirir ki, bu barədə “Mediazona” nəşri məlumat yayıb.
Media diqqəti Çelyabinsk Tibb Kollecinin tələbəsi Aleksandr Petlinskinin ölümü ilə bağlı “VKontakte” sosial şəbəkəsində “Birincilər Hərəkatı”nın Çelyabinsk bölməsinin mesajına çəkib.
Məlumata görə, Petlinski 2007-ci il yanvarın 31-də doğulub, 2025-ci il martın 9-da vəfat edib, yəni 18 yaş 1 ay 10 günlük olub. Rusiyanın Ukraynaya geniş miqyaslı işğalı başlayanda Petlinskinin 15 yaşı var idi.
Onun ölümünün şərtləri, həmçinin Petlinskinin orduda və cəbhədə xidmət tarixçəsi barədə məlumat verilmir. Sadəcə, onun “hərbi borcunu yerinə yetirərkən” öldüyü deyilir.
“Mediazona” və BBC Rus Xidmətinin hazırladığı müharibədə öldürülən rus hərbçilərinin siyahısında Petlinski Ukraynada ölən 2007-ci il təvəllüdlü ilk rus əsgəridir. Açıq mənbələrə əsaslanan bu məlumat bazasında 98 min ad var.
Eyni zamanda, Petlinski bütün müharibə boyu Ukraynada ölən ən gənc rus əsgəri deyil. Eyni məlumat bazasına görə, Petlinskidən bir neçə gün kiçik olanlar da daxil olmaqla, 18 yaşlı rus əsgərləri əvvəllər də müharibədə həlak olublar.
“AzPolitika.info”


Şərhlər
Hər hansı mübahisə, silahlı, ya digər münaqişədə təfriqəçi, təcavüzkar təqsirli, nəticə etibarı ilə hər hansı ruhi-dini vicdanla, konstitusion hüquqla heç nizamlama-hesablaşma deyil, ciddi mühakimə olunmalı ambisiya-təcavüzdür! Kremlin Ukraynaya qarşı 1991ci ilə qədər rəsmən təqdim edilməmiş hər hansı iddiası tək Kiyevə deyil, elə RFna da qarşı cinayət deyilmi? Eləcə də, İrandan 1713dən 1828ə qədər gəlmə *Qreqori*anların hər birinə və hər ailəsinə ev vermiş azərbaycanlılara və Azərbaycana qarşı hər hansı *erməni*nin hər hansı təhdidi və təcavüzü haqqa-özünə qarşı cinayət deyilmi?