Menu

Bu dəfə +94 kodu ilə kartdan 27 min çəkdilər - DİN-dən çağırış

25.03.2025, 18:17
Bu dəfə +94 kodu ilə kartdan 27 min çəkdilər - DİN-dən çağırış

Daha bir vətəndaşın bank kartından kiber üsulla 27 283 AZN oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

"Necə oğurlanıb? +94….. (+994… AZE oxşarlığı) kodlu xarici nömrədən zəng edilib ki, sizə sığorta ödənişi var, onlayn formatı təsdiqləməlisiniz", - E.Hacıyev vurğulayıb.

O qeyd edib ki, seçilən qurbanın onlayn görüntüləri çəkilməklə adına bankdan 21 000 manat kredit çəkilib:

"Əlavə vəsait isə kartında olub. Naməlum şəxs Hacıqabulda olan qurbana nə deyibsə, o bunu yerinə yetirib, bütün sorğuları və kodları təsdiqləyib".

"Bir daha vətəndaşları naməlum zənglərdən, cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq aparılmamalıdır, dərhal bloklanmalıdır.Əks halda aldadıb şəxsi məlumatlarınızı əldə etdikdən sonra pullarınızı talayacaqlar, adınıza kredit götürüləcəklər.

Təhlükə var, sən də tələyə düşə bilərsən…Diqqətli ol…", - E.Hacıyev əlavə edib.

Şərhlər

Amin 2025-03-25 21:34:51

bizim bank sisteminde coxlu bosluq var....deleduzlari tapmaga hec polis maraq gostermir..... :) ne varsada atin musterinin uzerine ..Bank dan pul kredit istesen min variant sert qoyur ... maraqlidir 27ooo man niye bele tez veribler?ziddiyetler coxdur

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol