Menu

Ukraynalıların neçə faizi Zelenskiyə inanır? - Son 6 ayda...

26.03.2025, 12:52
Ukraynalıların neçə faizi Zelenskiyə inanır? - Son 6 ayda...

Ukrayna lideri Volodmir Zelenskinin reytinqi 59,6%-ə yüksəlib.

"AzPolitika" xəbər verir ki, bu barədə "Razumkov" mərkəzinin keçirdiyi sorğunun məlumatlarında bildirilib.

Sorğu 28 fevral – 6 mart 2025-ci il tarixlərində Ukrayna hökumətinin nəzarətində olan və hərbi əməliyyatların aparılmadığı bölgələrdə 2,018 iştirakçı ilə üzbəüz şəkildə keçirilib.

Sorğunun nəticələrinə əsasən, son altı ayda Zelenskiyə olan dəstək artıb. Belə ki, 2024-cü ilin sentyabrında respondentlərin 51,2%-i ona etibar etdiyini bildirirdisə, hazırda bu göstərici 8,4% yüksəlib.

Zelenskidən başqa yalnız SBU rəhbəri Vasil Malyuk (+15.8%) və Nikolayev Vilayət Dövlət Administrasiyasının rəhbəri Vitali Kim (+0.7%) müsbət reytinq əldə edə biliblər. Digər siyasətçilər və ictimai xadimlərin reytinqi isə azalıb.

Həmin siyasətçiləri və ictimai xadimləri təqdim edirik:

- TV aparıcısı Sergey Pritula (-14.8%);

- Daxili işlər naziri İqor Klimenko (-15.3%);

- Kiyev meri Vitali Kliçko (-15.5%);

- Müdafiə naziri Rüstəm Ümerov (-23.7%);

- Ali Radanın Maliyyə Komitəsinin rəhbəri Danilo Getmantsev (-29.2%);

- Baş nazir Denis Şmıqal (-31.5%);

- Prezident Administrasiyasının rəhbəri Andrey Yermak (-49.7%);

- Ali Radanın sədri Ruslan Stefançuk (-51.7%);

- Ukraynanın beşinci prezidenti Petro Poroşenko (-57.9%);

- "Xalqın Xidmətçisi" fraksiyasının lideri David Arahamia (-57.9%);

- Keçmiş baş nazir Yuliya Timoşenko (-72.0%);

- OPZZ lideri Yuriy Boyko (-76.6%);

- Prezident Administrasiyasının keçmiş müşaviri Aleksey Arestoviç (-82.2%).

"AzPolitika.info"

Şərhlər

Cəmşid Dərələyəzli 2025-03-26 13:06:31

Bu sorğunu hökümət özü aparıbsa inandırıcı gəlmir. Ola ki də indiki siyasi aurada. Yəni cəfəngiyyatdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol