Menu

Kreml Qaqauziya rəhbərinin saxlanmasına münasibət bildirib

26.03.2025, 16:40
Kreml Qaqauziya rəhbərinin saxlanmasına münasibət bildirib

Kreml Qaqauziya rəhbəri Yevgeniya Qutsulun saxlanmasına münasibət bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moldova hakimiyyətinin Maya Sandunun rəqiblərinə açıq təzyiq üsullarından istifadə etdiyini söyləyib.

Onun sözlərinə görə, Moldova hakimiyyəti siyasi plüralizm və demokratiya prinsiplərinə məhəl qoymamaq taktikasını seçib.

"Kreml Qaqauziyanın rəhbəri Qutsulu həbs edən Moldova hakimiyyətinin hərəkətlərini qınayıb. Kişinyov bu cür üsullardan imtina etməlidir", - deyə Putinin sözçüsü vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol