Menu

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru işdən azad edilib

26.03.2025, 18:45
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru işdən azad edilib

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad olunub.

"Report"un Muğan bürosunun məlumatına görə, direktor Məmmədtağı Əhmədov müqavilə müddətinin bitməsi ilə əlaqədar olaraq işdən çıxarılıb.

Onun yerinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, M.Əhmədov sözügedən vəzifəyə 2021-ci ilin iyun ayında təyinat almışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol