Menu

Ukrayna ABŞ ilə nadir metallar barədə sazişinə düzəlişlər edə bilər

28.03.2025, 08:59
Ukrayna ABŞ ilə nadir metallar barədə sazişinə düzəlişlər edə bilər

ABŞ Ukraynaya nadir metallar barədə yenidən işlənmiş sazişi təqdim edib. Ağ Ev əvvəlki razılaşmadan kənara çıxır.

Bu barədə “Report” “Bloomberg”ə istinadən xəbər verir.

Agentlik yazıb ki, ABŞ Ukraynanın infrastrukturuna və mineral ehtiyatlarına qoyulacaq bütün əsas investisiyalara nəzarət etməkdə israrlıdır. Bununla da Kiyevin digər müttəfiqləri ilə əlaqələrinə veto hüququ qazanmaq istəyir və Avropa İttifaqına üzvlük cəhdini sarsıdır.

“Bloomberg”in əldə etdiyi sənədə görə, Donald Trampın administrasiyası Ukrayna ilə yenidən işlənmiş tərəfdaşlıq sazişi çərçivəsində bütün infrastruktur və təbii sərvətlərlə bağlı layihələrə investisiyalar üçün ilk seçim hüquqları tələb edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol