Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs bildirib ki, Aİ gələn ildən gürcü və ukraynalıların şengen zonasına vizasız girişinə icazə verə bilər.
Dekabrın 16-da Rinkeviçs RFE/RL agentliyinə bildirib ki, gələn il mayda Riqada keçiriləcək Şərqlə Tərəfdaşlıq sammitində Ukrayna və Gürcüstan Aİ ilə vizasız rejimə keçid şansı əldə edə bilər. "Hesab edirəm ki, viza rejiminin sadələşdirilməsi proqramı azı bir və ya daha çox Şərq tərəfdaşına təqdim olunacaq. Ukrayna sırf texniki səbəblərə görə bunun üçün gecikir", - Rinkeviçs deyib. Qeyd edək ki, 2015-ci ilin yanvarından Aİ Şurasına Latviya sədrlik edəcək.
Vizasız səfərə nail olmaq üçün ölkələr məhkəmə sahəsində Aİ ilə əməkdaşlıq və bir sıra islahatlar aparmalıdırlar. Moldovalılar şengen zonasına apreldə keçiblər. Aİ-nin 28 üzvündən 22-si, qeyri-Aİ ölkələrindən İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə bu zonaya qoşulub. /"eunews"


Şərhlər