Menu

Myanmada güclü zəlzələ nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb

28.03.2025, 14:48
Myanmada güclü zəlzələ nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb

Myanmada 7,7 maqnitudalı zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Təkanlar Banqladeş, Hindistan, Tailand, Laos və Çində də hiss edilib.

Zəlzələnin hiposentri 30 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində baş verən uçqunlarda 20 nəfər həlak olub.

Bu barədə ölkənin ikinci ən böyük şəhəri olan Mandalay xəstəxanasından bildirilib.

Bundan başqa, Myanma hakimiyyəti çoxlu sayda ölən və yaralıların olması ilə əlaqədar təcili qan toplandığını elan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol