Menu

Üçüncü kurs tələbəsi həyatını itirdi - Ağstafada QƏZA

29.03.2025, 18:16
Üçüncü kurs tələbəsi həyatını itirdi - Ağstafada QƏZA

Ağstafada ölümlə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə rayonun Xətai kəndi yaxınlığında qeydə alınıb.

"Mercedes-Benz" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Hadisə yerinə təcili tibbi yardım və FHN-in xilasedici qrupu cəlb olunub. Qəza nəticəsində ölən sürücü 2005-ci il təvəllüdlü Elin Mamayevin meyiti deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qəzada ölən E.Mamayevin Bakı Dövlət Universitetinin Qazax filialının üçüncü kurs tələbəsi olduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol