Menu

"Qəzzalıların ən azı 40%-i anklavı tərk etmək istəyir" - İsrailli nazir

30.03.2025, 22:03
"Qəzzalıların ən azı 40%-i anklavı tərk etmək istəyir" - İsrailli nazir

Qəzza sakinlərinin ən azı 40%-i anklavdan könüllü mühacirət etməkdə maraqlıdır.

“Report” “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, bu açıqlama ilə İsrailin müdafiə naziri İsrael Kats çıxış edib.

“Biz ABŞ prezidenti Donald Trampın dünyanın müxtəlif yerlərinə köçmək istəyən Qəzzalılar üçün könüllü mühacirət imkanları təmin etmək ideyasını yerinə yetirməyə sadiqik. Araşdırmalarımız göstərir ki, Qəzzalıların ən azı 40%-i mühacirət etməkdə maraqlıdır”.

Nazirin bəyanatı bir həftə əvvəl İsrail Müdafiə Nazirliyinin tərkibində yaradılmış Qəzzadan Könüllü Köçürmə İdarəsinin rəhbərinin təyinatı ilə üst-üstə düşür. Bu quruma rəhbər Müdafiə Nazirliyinin baş direktorunun müavini, ehtiyatda olan polkovnik Yakov Blitşteyn təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol