Menu

Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib

31.03.2025, 10:53
Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib

Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti yenidən tarixi maksimumu yeniləyərək 3 150 dolları ötüb.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 1,31% artaraq 3 155 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,77% artaraq 35,083 ABŞ dollarına bərabər olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol