Menu

Estetik əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı araşdırma başlayıb

02.04.2025, 09:26
Estetik əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı araşdırma başlayıb

Üzgərmə əməliyyatında canlı yayım açan cərrahla bağlı araşdırma başlayıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Analiyik Ekspertiza Mərkəzindən məlumat verilib.

"Bu məsələ ilə bağlı məlumatlıyıq. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində hadisənin araşdırılması məqsədi ilə artıq işçi qrupu yaradılıb. Məsələ ciddi araşdırılacaq və ehtiyac yarandığı halda plandankənar yoxlamanın açılması barədə qərar qəbul ediləcək. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək",- məlumatda deyilib.

Qeyd edək ki, sosial mediada "Tuana estetic centre" klinikasında Esmira adlı cərrahın üzgərmə əməliyyatı zamanı xəstənin dərisini əlində tutub, canlı yayım açdığı haqda video görüntülər yayılıb.

Şərhlər

Eli 2025-04-02 12:31:58

Deyesen biz millet olaraq özümüzü hüquq mühafize orqanlarının bezi işçilerinden yoxxbezi hekimlerin qanunsuz ve serilştesiz emellerinden qorumalıyıq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol