Neftçalada narkokuryerdən 9 kq heroin götürülüb


Baxiş sayı:
90
Dərc olunub:
02/04/2025 - 09:48
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkokuryerlik edən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Elsevər Cəbrayılov saxlanılıb.
DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ondan 9 kiloqramdan artıq heroin və marixuana aşkar edilərək götürülüb.
Dindirilmə zamanı E.Cəbrayılov pul müqabilində narkokuryerlik etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, E.Cəbrayılov barəsində həbs qətimkan təbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.