Menu

“İran Trampın şərtləri ilə razılaşmasa, sentyabrda məhv olacaq” - "Daily Express"

02.04.2025, 16:46
“İran Trampın şərtləri ilə razılaşmasa, sentyabrda məhv olacaq” -  "Daily Express"

Böyük Britaniyanın “Daily Express” nəçri bu gün Tramp administrasiyasına istinadla yazıb ki, ABŞ Yaxın Şərqə bombardmançı təyyarələr və əlavə aviadaşıyıcı qrupu yerləşdirdiyindən, İranın nüvə sazişi ilə razılaşması üçün vaxt daralır.

Qəzetin yazdığına görə, İran nüvə sazişi ilə razılaşmasa və nüvə proqramını ləğv etməsə, “sentyabr ayına qədər məhv olacaq”. Bildirilib ki, Tehrana qarşı istənilən hücuma rəhbərlik edəcəyi gözlənilən İsrail isə hazırdır.

Qeyd olunub ki, digər tərəfdən ABŞ yaxın Şərqdə daha çox bombardmançı və strateji hərbi aviasiya, eləcə də ikinci təyyarədaşıyan donanmanın göndərilməsinə göstəriş verib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol