Menu

Tramp pinqivinlərin adasına belə vergi qoydu... – Bu adalardan 1 milyondan çox gəlir əldə edib

03.04.2025, 11:04
Tramp pinqivinlərin adasına belə vergi qoydu... – Bu adalardan 1 milyondan çox gəlir əldə edib

ABŞ Prezidenti Donald Trampın “ticarət müharibəsi” Antarktida yaxınlığındakı kimsəsiz adaları da vurub.

Belə ki, Avstraliyanın bir hissəsi olan Heard və McDonald adaları Trampın yeni tarif siyahısına daxil edilib.

Buzlaqlarla örtülü vulkanik adalar yalnız pinqvinlərə ev sahibliyi edir. Ərazidə balıqçılıq fəaliyyəti olsa da, bina və ya yaşayış məskəni yoxdur. Buna baxmayaraq, Dünya Bankının məlumatlarına görə, ABŞ 2022-ci ildə bu adalara 1,4 milyon dollarlıq məhsul ixrac edib. Ən çox qeydə alınan ixrac maddəsi “maşın və elektrik” məhsulları kimi qeyd edilib. Lakin bu məhsulların nə olduğu dəqiq izah olunmayıb. Əvvəlki beş ildə Heard və McDonald adalarına illik 15 min ilə 325 min dollar arasında məhsul ixracı olub. 2022-ci ildəki böyük artım diqqət çəkib.

Qeyd edək ki, Avstraliyanın digər hissələri də Tramp administrasiyasının vergi siyahısına salınıb. Bu ərazilərə Kokos (Kiling) adaları, Milad adası və Norfolk adaları daxildir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol