“ABŞ Qrenlandiyanı ala bilməyəcək. Qrenlandiya Qrenlandiyalılara məxsusdur”.
“AzPolitika” xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen Danimarkanın yarı muxtar bölgəsi olan Qrenlandiyaya səfəri zamanı deyib.
“O, buranı heç vaxt əldə edə bilməyəcək. Bu çətin prosesdə birlikdə hərəkət etməliyik. Qrenlandiyalıların Danimarka daxilində bərabər hüquqlara malik olması üçün əlimizdən gələni edəcəyik”, -deyə o, bildirib.
Xatırladaq ki, Tramp daha öncə olduğu kimi, bu yaxınlarda da Qrenlandiyanı 100% alacaqlarını bildirib.
“AzPolitika.info”


Şərhlər