İmmun zəifliyi, ürək xəstəlikləri, xərçəng... – Mikroplastiklər zamanla bizi bu hala salır (FOTOLAR)

Gündəlik həyatımızın bir parçası halına gələn mikroplastiklər bədənimizə daxil olaraq ciddi sağlamlıq problemləri yaradır.

“Daily Mail”-də yayımlanan xəbərə görə, Böyük Brianiyadakı bir təkrar emal şirkəti mikroplastiklərin insan dərisinə təsirini göstərmək üçün süni intellektlə dəstəklənən bir araşdırma aparıb.

Araşdırmaya görə, bu kiçik plastik hissəciklərin dəri və immunitet sistemində deformasiyalara səbəb olduğu üzə çıxıb.

Belə ki, plastik qablaşdırmadan paltara, sudan mətbəx qablarına qədər demək olar ki, hər şeydə rast gəlinən mikroplastiklər təmas və ya qida yolu ilə bədənimizdə toplanır. Elm adamlarına görə, bu çirklənmə immunitet sistemimizi zəiflədir, hormonal balansımızı pozur, ürək xəstəlikləri və xərçəng riskini artırır.

Tədqiqat aşağı, orta və yüksək səviyyəli mikroplastiklərə məruz qalan kişi və qadınların üzlərində və bədənlərində baş verə biləcək dəyişiklikləri simulyasiya edib.


Aşağı dərəcədə məruz qalma - Gündəlik həyatlarında mikroplastikləri qida, içki və hava vasitəsilə az miqdarda qəbul edən insanlar dəri quruluğu, qızartı və qıcıqlanma hiss edirlər.

Orta dərəcədə məruz qalma - Tez-tez plastik qablaşdırılan emal olunmuş qidalar və dəniz məhsulları istehlak edən və neylon və polyester paltar geyən insanlar yağlı dəri, daha sürətli qocalma, qızartı gözlər və tənəffüs problemləri ilə qarşılaşa bilər.


Yüksək dərəcədə məruz qalma - Plastik istehsalında və ya tullantıların idarə edilməsində işləyənlər, keyfiyyətsiz içməli su istehlak edənlər və daim sintetik paltar geyənlər ən yüksək risk qruplarındadır. Bu insanlarda dəri ləkələri, sağalmayan yaralar, dodaqlarda və barmaq uclarında göyərmələr, saç tökülmələri, nizamsız menstrual dövrlər ola bilər.

Plastik tullantılar üzrə mütəxəssis Mark Halla görə, özünüzü mikroplastiklərdən qorumaq üçün birdəfəlik plastikləri həyatınızdan çıxarmalısınız. Su filtrlərindən istifadə etmək, üzvi qidaları seçmək və dəniz məhsulları istehlakını azaltmaq faydalıdır. Neylon və polyester yerinə pambıq və yun paltarlara üstünlük vermək; Plastik mətbəx qabları yerinə taxta qaşıq və şüşə qablardan istifadə riskləri azaltmağa kömək edir.

Alimlər bildirirlər ki, mikroplastiklərin təsirləri təkcə dəri ilə məhdudlaşmır, həm də qana qarışaraq beyin, böyrək və plasenta kimi həyati orqanlara çatır.

“AzPolitika.info”

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться...

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в...

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок —...