Son günlər Türkiyədə İstanbul merinin həbsi ətrafında baş verənlər böyük şəhərlərin kim tərəfindən və necə idarə olunmasının istənilən bir ölkə üçün nə qədər önəm daşıdığını bir daha ortaya qoymuş oldu.
Məsələnin siyasi tərəfinə toxunmağa və Türkiyəni Azərbaycanla müqayisə etməyə dəymir. Çünki Azərbaycanda şəhər rəhbərləri təyinatla müəyyənləşdirilir. Bununla yanaşı, normal ölkələrdə iri ranqlı məmurlar, nazirlər, şəhər merləri və s. vəzifələrilə vidalaşandan sonra da daim medianın gündəmində olurlar, öz təcrübələri, bilikləri ilə cəmiyyət üçün faydalı olmağa çalışırlar. Onların təcrübəsi onları əvəz edən yeni komandaların, kadrların fəaliyyətini qiymətləndirmək üçün böyük önəm daşıyır. Eyni zamanda, əksər hallarda partiya mənsubu olan həmin adamların siyasi karyerası da davam edir...
Azərbaycanda isə iri məmur vəzifədən atılan kimi, başını və cibini götürüb, aradan çıxır - gedir “fəxri istirahətə”! Yığdığı milyonlar, on milyonlar, tikdirdiyi imarətlər, qurduğu bizneslər də nəvə-nəticələrinə, kötücələrinə qədər bəs edir.
Bu baxımdan Bakının sabiq meri, məşhur səhnəcikdə deyildiyi kimi, “Bakını tikə-tikə sevən və sevə-sevə tikən” Hacıbala Abutalıbov da istisna təşkil etmir. Əksinə, Abutalıbovun hazırkı tox, qulağıdinc və “huzurlu” həyatı hər bir iri ranqlı Azərbaycan məmurunun arzusu, xəyalı və saysız-hesabsız korrupsiya, rüşvət, büdcə talançılığı, müxtəlif digər qanunsuzluqlar törətməsinə baxmayaraq, “necə aradan çıxmaq” lazım olduğunun nümunəsidir. Yəni hazırda da korrupsiya ilə məşğul olanlar üçün Abutalıbov nümunəsi bir etalon, əvəzolunmaz örnək mənbəyidir...

Yəqin, kimsə etiraz etməz ki, paytaxt Bakıdakı mövcud xaotik, səliqəsiz, əndrabadi, bir sözlə, müasir şəhərsalma fəlsəfəsilə, mədəniyyətilə heç bir əlaqəsi olmayan tikintilərin, sıxlığın, tıxacların və s. bünövrəsi əsas etibarilə Abutalıbovun merliyi dövründə qoyulub. Ancaq sözsüz ki, Bakının bugünkü vəziyyəti təkcə onun “əsəri” deyil...
Xüsusilə də neft bumu zamanında tikinti maqnatına çevrilən iri məmurların acgözlüyü sayəsində yaşanan tikinti bumu nizamsız, pinti, yırtıcı hal aldı. Digər yandan özünə bir küncdə yaşamağa yer axtaran “qara camaat” da bu prosesdən geri qalmadı. Kimin əlinə pul düşdüsə, ya eyvanını qabağa çəkdi, ya sonuncu mərtəbədə yaşayırsa, binanın üstünə bir mərtəbə də artırdı, ya yolu kəsib ev, obyekt tikdi, ya da ən azından hasarını yolun ortasına qədər çıxarıb, ərazisini 1-2 metr də artırdı və sair. Hər şey də “makler butkası”na çevrilmiş icra hakimiyyətlərinin və hüquq-mühafizə orqanlarının rüşvət qarşılığındakı xeyir-duası və razılığı ilə, yəni, “kəndxudanı gör, kəndi çap” prinsipi əsasında.

Yeri gəlmişkən bu prinsip elə indinin özündə də paytaxtın bəzi rayonlarında və regionlarımızda “saat kimi” işləməkdədir və torpaq, tikinti icazəsi, qanunsuz tikililərə göz yummaq kimi məsələlərdə icra strukturları ilə vətəndaş arasında “şıdırğı alver” davam edir...
Bakının bir çox nizamsız, basırıq, qarışıq tikintilərlə dolu əraziləri Abutalıbovun tədbirlərin birindəki ingilis dilində çıxışını xatırladır. İngilis dilində necə danışırdısa, şəhəri də o cür idarə edirdi. Elə bil şəhərin mərkəzini Dubayı tikən mühəndislər, ətraf əraziləri isə dəlixanadan qaçan “prorablar” və fəhlələr tikib...
Yəni paytaxtımızın bir sıra ərazilərinin salındığı vəziyyətə yaxından nəzər yetirəndə, bunun ağlı başında olan bir şəhər başçısı tərəfindən edildiyini düşünmək çox çətindir. Bunun üçün sübut kimi “dəlilik kağızı”na da ehtiyac yoxdur...
Guya şəhəri Abutalıbovun gözləlləşdirdiyinə dair iddialara gəlincə, neft pullarının sel kimi axdığı illərdə Bakının mərkəzini - “görünən yerini” Dubaya, nisbətən gözdən uzaq hissələrini isə “qaraçı məhəlləsinə” döndərmək və bunun üçün yüz milyonlar, milyardlar silmək elə də böyük ağıl, istedad, zövq və fədakarlıq tələb etmirdi. Amma bütün bunları gülərüz, məsum, günahsız sifətlə etmək, milləti və bu boyda - milyonluq paytaxt şəhəri 17 il(!) “barmağına dolamaq” isə xüsusi istedad, aktyorluq bacarığı tələb edirdi ki, bunlar da Abutalıbovda olub və sözsüz ki, indi də var...
Son zamanlar sabiq meri “gördüm” deyən yoxdur. Səhv etmiriksə, sonuncu dəfə ictimaiyyət onun “mələk simasını” YAP-ın qurultayında görüb.

Deyilənə görə, Abutalıbov hazırda Bakıdakı çoxsaylı evlərinin və villalarının heç birində yaşamır. Onun Qaxda, İlisuda, təbiət qoynundakı malikanəsində məskunlaşdığı, necə deyərlər, “orqanik həyat yaşadığı” barədə xəbərlər var. Bunun özü də sabiq merə “psixi diaqnozlar” qoyanların nə qədər böyük səhv, hətta “qələt” etdiyinə işarədir...
İndi Abutalıbov Qaxda, yaxud hansısa başqa bir dilbər, səfalı guşədə oturub, bu yazının müəllifi də daxil olmaqla, Bakıda uzun illər boyu onun və onun kimilərin “təpiyinə dözən”, havası çoxdan çirklənmiş paytaxtın iç-içə, sıx, boğucu, tıxaclı, səs-küylü, stresli həyatını yaşayan bizim kimilərə rişxəndlə baxaraq, deyir: “Ağıllı mənəm, yoxsa siz?!”
Cəlal Məmmədov
“AzPolitika.info”
Qeyd:Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanmışdır.


Şərhlər
Bakının bu günə düşməsi ölkədə dağıdıcı rüşvətxor idarəçiliyin nəticəsidir.Sadcə Abutalıbova niyə bu qdər hörmət edilib bu geni araşdırma tələb edir.Maraqlısı isə odur ki,etdiyini edib.rüşvətini yııb.yükünü bitirib .Amma ona gözün üstə qaşın var deyən tapılmadı?Bu daha maraqlıdır.Kim Abutalıbova belə yüksək.layiq olmadığı vəzifəni verib və niyə? Azərbaaycanda bir Azəri türk adam tapılmadıki.bu gün mer Azərbaycan diini səlist danışa bilməyən ləzgidir?
Axsaq ulağın gözü çəp nal vuranı olar.
Elçisi Dülüm olanın başına külüm olar Abutalıbov mer olan şəhər elə bu gündə olar. Guya bilmirdilər ki,Suraxanıda o nə edib?Niyə Azərbaycanda xalqı ələ salıb şizikləri,qanmazları vəzifələrə gətirirlər?
Keçmişi analiz etmədən,səhvləri və yanlışlıqları ortaya çıxarmadan gələcəy qurmaq olmaz.Amma bunu etməyi hakimiyyətin istəməməsi böyük şübhə yaradır.Çünki bu yanlışlıqlar elə hakimiyyətin səhvi olduğunu anlamaq istəyi görünmür.Bu gün də Hacıbalala prinsipi isə kadr təyinatları davam edir.Diqqət edin hansı nazir ixtisasca,iş təcrübəsinə vəsahə üzrə anlayışına görə oturduğu idarəyə uyğundur.Belə təyinatlar ölkədə bütün sahələrinişini iflic etdiyinin sübuta ehtiyacı qalmır.Azərbaycanda Təhsil,Səhiyyə,sənaye,İqtisadiyyat,məhkəmə-hüquq sahələri nə haldadır?Əhalinin vəziyyəti belə idarəçilikdən,baş verən rüşvət,özbaşınalıq,qaninsuzluqdan hər gün ağırlaşdığına diqqət edilmir.Sanki hakimiyyət xalqdan ayrıdır.Belə davam etməsi isə ölkə üçün faciədir.
d'n?unutmaqla g'l'c'yi qurmaq mwmkwn olmaz/Ke,mi.in eyb'c'rlikl'rind'n d'rs almaq?v
Hökumət bu gün də keçmişdəki anlaşılmazlıqlarını davam edtirir.Missal: S.Babayev əvvəlki təyin edildiyi yerdə hasnı uğurlu.ağıllı işləri ilə xalqın rəğbətini.hörmətini qazanmışdı ki.onu daha məsulliyyətli quruma nazir təyin etdilər...İmkanlı vətəndaşlar isə belə halı dözümsüz olması ilə dolayı ölkəni tərk edib və tərk etməkdə davam edir.Bunu normal hesab etmək nə qədər yanlış olduunun sübuta ehtiyacı yoxdur.
cine seytana oxsayirsan qemlo
YAP Abutalıbovların yazdığı proqram və layihəərlə xalqa hansı güzəranı bəxş etdi.Bu proqram və layihələrin məğzi xalqı ağır vəziyyətə salmaq,yaşamını cətinləşdirmək və ökəni tərk etmək dilemması qarşısında qoymaq olub? Axı buelə antixalq proqramı olan partiyanın (nəticələri göz önündədir ) qalması və davam etməsi ölkənin faciəsiir.....
Ay millət!Niyə anlamamasınız ki, Azərbaycan vətəndaşının işi Allaha qalıb.ərzaqlara cür-bə-cür qatqlar qataraq millətiin hafizəsini korlayırlar.Azərsun məhsullarına bir başa naməlum tərkiblər yeridib....
iLİSU YOX Aqcay kəndinde
Məgər qeybə çəkilən tək Abutalıbovdur?Bu Hakimiyyətin anlaşılmayan siyasətinin nəyicəsidir.Hecə Fazil Məmmədov qeyb oldu? Kən təsərrüfay naziri İndi haradadır7Ziya Məmmədov nə oldu? Eks XİN haradadır? Qarayev niyə ortada yoxdur? Və sairə.və sairə Hakimiyyətin.belə oyunları xalqı aöır vəziyyətə salıb və gələcəyə ümid qalmayıb və imkan tapan ölkəni tərk eyməyi tərciə edir.Niyə Hakimiyyət idarə üsulunu nəzərdən keçirmir,? Axı belə davam etməsi ölkənin nüfuzuna ağır zərbə vurur və beynəlxalq aləmdə Azərbaycan haqlı olaraq sayılmır.Nə zaman hakimiyyət bu əməllərə diqqət edərək xalqını yaşatmaq düşünəcək?
Gözəl yazıdır,diqqətəlayiqdir.Amma bir az əmması çatmır.Bəs Azərbaycanın paytaxtında işləyən.yaşayan və nəzarət etməyə borclu və qanunsuzluun qarşısını almalı olanlar hansı ağılla onu mərkəz şəhərə mer təyin edib və 18 il özbaşınalığına,püşvətxorluğuna,cinayətlərinə niyə göz yumub? Hələ indiyə qədər də qanunsuz yollarla əldə etdiklərinin onun əlində qalmasına imkan yaradırlar.Belə idarəçiliyin adı nədir?
Biz millet olaraq heç vaxt bu günle gelecekle yaşamıruq ,bizimki köhne “hesabları çürütmek” siyasetidir vebu sebebden hemişe yerimşzde sayırıq adı “Qabağa “ gedirik” boş söhbetdir.Bı gün bu vezifeye dağı dağ üste qoyan cavan Kadrlar kazımdur ki o Şerq medeniyyetinden ve Qerb medeniyyetinden de xeberi olsun yoxsa Moskvadan başqa heç yeri görmeyen Hacıbslalar yox.
Dəyərli Müəllif də dəqiq bilər H.Abutalıbov Şəxsən Yeni Azərbaycan Partiyasının ortaq Proqramı və layihəsinin-Nizamnamə sənədlərinin tərtibatçısı və nasirridir!
Ağıllar,vicdanlar qəflət yuxusuna gedəndə əlbəttə ağıllı sənsən kəbleyi.
Hacıbsla bey fizika riyaziyyat elmler doktoru idi.O ne tikinti sahesi üzre mütexessis,ne arxitektor ,ne heykelteraş ne de senayeçi şdi .O heç iqtisadçı ya da hüquqşünas da deyildi.vezifeye qoyulanda sa yaşlı adam idi .bes o nece işlemeli idi .Heyat tecrübesine uyğun ,bu da netice.Bu haqda obu vezifeye getirilende fikirleşmek lazım idi indi yıx.
Dövlət dəyərli AzPolitin və ən fəal Siası Yazarın çox geniş məhsuldar-qazanclı işlərindən macal tapmayan izləyicinin diqqətini nə əcəb geriyə (kefli İskəndər demişkən keçmiş ölü) vəzifəlilərə yayındırmaları hansı növbəti dolaşıq qərarlarla şərtlənib?
Çox hörmetli Celal bey! Abutalıbov hakimiyyetde olanda İcra hakimiyyetinin fealiyyetine en azından 10- dan artıq dövlet qurumu nezaret edirdi ve plyus Şeherin Baş Planı ,Mediya ve İctimaiyyet .İndi gamı yaxasını çekib qırapa menlik deyil demekle yaxasını çekib qırağa.Eksine buna hamı cavab vermeli hereket etmeli idi,o cümleden Siz ve Men teni hamı.
Hörmətli Cəlal , müqayisəniz yersizdir ,Əkrəm hara ,HacıBəla hara ?HacıBəlanın həbs edilməsi ehtimalı sıfır olsada qanunauyğunluq təşkil edərdi ,birdə ki ,vaxtında qaramaskalılar onu ziyarət etmişdir .İndi isə qoyun-quzu ,malqara toyuq-cücə saxlayıb « kasıbçılığını »sürdürür ,guya indiki ondan yaxşıdır ?