Menu

Cəbrayılda hərbçi minaya düşərək həlak olub

07.04.2025, 09:40
Cəbrayılda hərbçi minaya düşərək həlak olub

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub.

“Report”un Cənub bürosunun əldə etdiyi məlumata görə, mərhumun nəşi dəfn olunması üçün Lənkəran rayonuna gətirilib.

Ə.Musayev Göyşaban kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol