"Bakı Metropoliteni" QSC-də İnsan resursları və layihələrin idarə edilməsi departamentinin sabiq rəisinə yeni vəzifə verilib.
"Qaynarinfo"-nun verdiyi məlumata görə, sözügedən departamentin sabiq rəisi Əli Əliyev "Bakı Metropoliteni" QSC sədrinin müşaviri təyin olunub.
Bu barədə QSC sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, dünən Vüsal Aslanovun müvafiq əmri ilə "Bakı Metropoliteni" QSC-də İnsan resursları və layihələrin idarə edilməsi departamentinin rəisi vəzifəsinə Cəmilə Hidayət qızı Xəlilova təyin edilib.


Şərhlər
ALLAH BƏLASINI VERSİN BUNUN...