Menu

Naxçıvanda 39 yaşlı kişi intihar edib

07.04.2025, 12:09
Naxçıvanda 39 yaşlı kişi intihar edib

Naxçıvanda 39 yaşlı kişi intihar edib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin 36-cı məhəlləsində baş verib. Burada kirayə yaşayan 1986-cı il təvəllüdlü Adəm Həziyev evdə intihar edib.

A.Həziyevin Naxçıvan Təmizlik İdarəsinin işçisi olduğu bildirilir.

Faktla bağlı Naxçıvan şəhər prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol