Menu

“Amrahbank” Hüseyn Abdullayevin uçurulan mülkünü tərk etdi

17.12.2014, 15:15
“Amrahbank” Hüseyn Abdullayevin uçurulan mülkünü tərk etdi

Keçmiş deputat Hüseyn Abdullayevin Bakının mərkəzində, Qaqarin körpüsü yaxınlığında yerləşən mülkü uçurulandan sonra orada yerləşən “Amrahbank” başqa ofisə köçüb.

Bankın İdarə Heyətinin üzvü Nəcəf Cəfərli APA-ya bildirib ki, “Amrahbank”ın baş ofisi artıq Hüseynqulu Sarabski küçəsi, 657-ci məhəllə ünvanında yerləşir.

“Dövlətin şəhərimizin gözəlləşdirilməsi və abadlaşdırılması üçün həyata keçirdiyi tədbirləri bankımız daima dəstəkləyir. Köhnə ofis ətrafında aparılan quruculuq-abadlıq işlərinə görə bankın baş ofisi yeni ofisə köçdü. Əslində bankın baş ofisinin yeni ünvana köçməsi “Amrahbank”ın işinə çox müsbət təsir etdi. Baş ofisin yeni ünvana köçməsi bankın fəaliyyətinə, müştərilərinə göstərdiyi xidmətin səviyyəsinə, dinamik inkişafına böyük bir təkan verəcək” - deyə N.Cəfərli qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol