Menu

Bir gündə vətəndaşların 67 min manatı bank kartlarından oğurlanıb

08.04.2025, 12:26
Bir gündə vətəndaşların 67 min manatı bank kartlarından oğurlanıb

Bir gündə vətəndaşların 66997 manatı bank kartlarından oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından talamalar davam edir:

" Kiber məkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar.

Aprelin 7-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 17451, 16000, 6697, 6321, 6000, 5000, 3700, 2000, 1968, 1800, 960, 420, 380, 250, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin".

Şərhlər

Vətəndaş 2025-04-08 15:52:53

Maşallah!Budurmu bankların etibarı?Niyə belə hallar baş verir?Harada boşluq yaraılıb7Əhali banklara necə güvənsin?niyə bu məsələyə ciddi yanaşılıb qarşısı alınmır?Problem niyə çözülmür?Bank əmanətlərin qarantı olmalı,əməliyyatlarının etibarlı olmasını təmin etməlidir.Vətəndaşın banklardakı əmanəti 100 faiz straxovka olunmalı və itkiyə yol verilməməlidir.Yalnız bu zaman banklara vətəndaş etibar edə bilər.Bu sahədəki boşluqlar aradan qaldırılmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol