Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin Rusiyada fəaliyyət göstərən şirkəti ötən il 146 milyon 636 min rubl (1 milyon 585 min dollar) gəlir əldə edib...
"AzPolitika" "yeniavaz.com"-a istinadən xəbər verir ki, Əbülfəs Qarayev 2023-cü ilin may ayında Rusiyada “Korporasiya ÇE” (ООО “Корпорация ЧЕ” – ИНН: 7725322819) adlı şirkətin 50 faizlik payını satın alaraq, iki təsisçidən biri olub.
“Korporasiya ÇE” şirkətinin digər təsisçisi – Əbülfəs Qarayevin biznes ortağı, Rusiya vətəndaşı Levkoviç Aleksandr Nikolaeviçdir. Hər iki təsisçinin şirkətin nizamnamə kapitalındakı payı 10 000 rubl təşkil edir.

Qeyd edək ki, “Korporasiya ÇE” şirkəti 11 iyul 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Əbülfəs Qarayev şirkətin 50 faizlik payına sahib olduqdan sonra hüquqi ünvan Moskva şəhəri, Dnepropetrovskaya, ev 3, korpus 5, mənzil 3/1 ünvanına dəyişdirilib.
Şirkətin fəaliyyət sahəsinə balıq, xərçəngkimilər və molyusklar da daxil olmaqla, digər ərzaq məhsullarının topdan satışı daxildir.
Məlumat üçün bildirək ki, “Korporasiya ÇE” şirkətinin 2023-cü ildəki ümumi gəlirləri 106 milyon 521 min rubl olub. Bir il əvvəl – 2022-ci ildə isə şirkətin ümumi gəlirləri cəmi 554 min rubl təşkil edib. Rəqəmlərdən də göründüyü kimi, Əbülfəs Qarayev şirkətin 50 faizlik payına sahib olduqdan sonra gəlirlər 192 dəfə artıb.
Onu da bildirək ki, 2023-cü illə müqayisədə ötən il şirkətin gəlirləri 39 faiz və ya 41 milyon 247 min rubl artsa da, xalis mənfəəti 41 faiz və ya 219 min rubl azalaraq 312 min rubl (3,4 min dollar) olub.
Xatırladaq ki, 1994-cü ildən 2020-ci ilə qədər – 26 il nazir vəzifəsində çalışan Əbülfəs Qarayevin qızı Suad Maleki (Qarayeva) də uzun illərdir Rusiyada biznes fəaliyyəti ilə məşğuldur.
Suad Malekinin yeganə təsisçisi olduğu “GALS” şirkəti 5 iyul 2013-cü ildə Moskva şəhəri, Tatar küçəsi 7 ünvanında dövlət qeydiyyatına alınıb. Şirkət daşınmaz əmlakın alqı-satqısı ilə məşğuldur.
Mətbuatda yayılan məlumatda bildirilir ki, “GALS” – sabiq nazirin özünün və ailə üzvlərinin adlarının baş hərflərindən (Garaev, Abulfas, Lalə (həyat yoldaşı) və Suad (qızı)) ibarətdir. “GALS” şirkətinin ötənilki gəlirləri 7 milyon 560 min rubl (81,7 min dollar), xalis mənfəəti isə 7 milyon 17 min rubl (75,8 min dollar) olub.


Şərhlər
Malades!Büdcədən oğurlayıb, rüşvət alıb xaricə qaçırıb orada biznes qururlar.Bəs Azərbaycan rəhbərliyi niyə göz yumur? Niyə vəsaitlərin geri aytarılması ilə maraqlanan yoxdur?Səbəb nə? Axı bunu kor da görür.Niyə ölkədən vəsait qaşırılmasının qarşısı alınmır?Mahmudov.Ziya Məmmədov və bir çoxları.Axı bu xalqın puludur.Belə mənimsəmələr.rüşvətxorluq və ölkədən çıxarılma ölkəyə ciddi zərərdir.
Əbülfəs müəllimin Azərbaycan mədəniyyətində rolu danılmazdır, çox məharətlə nazir kürsüsünü idarə edirdi. Belə ki, müavini, idarə, şöbə rəisləri çapıb talayırdılar, o isə elə cəncəl işlərdən uzağ idi...Yüksək əmək haqqı alıb, rəhmətlik Tağı Əhmədov kimi uzun illər yeməyib yığıb, qənaət edib, indi də Rusiyada dövrüyyəyə buraxıb, astacana qazanır...
Bu hakimiyyətin .....İstənilən birini qaldir , acindan ölür . Hərə öz səviyyəsində gecə gündüz çalişir...
bizim pullardi !!!
Əvvəla Qarayev biznesini niyə Rusiyada qurub?ikinci Biznes qurmaq müəyyən vəsait tələb edir və bu vəsait Qarayevə haradan olub? Üçüncüsü niyə Azərbaycanın hüquq mühafizə orqanları buna göz yumub?Məlumdur ki, bu biznes üçün qoyulan vsait Qarayevin maaşı ilə oması qeyri mümkündür.Bəs haradan?N Sonda bu Qarayev kimdir ki.ona bu İmkanlar verilib?
İndi bu adam naxşr işleyib deye aile üzvleri bşznesle meşğul ola bilmez.Bu ölkede bir nefer memur kim tapa bilse ki o bşznesle meşğul olmayıb mence ona “Nobel mükafatı in Azerbaycan” vermek olar.
Əbülfəs müəllimə biznes sahəsində "uğurlar" arzulayıram, nəyinə lazım Nazir vəzifəsi...milyonları belə də qazanır...
Ara,tovariṣ qarayobs,ŏzůvə o důnyada villa zad tikdiribsənmi?yoxsa putler hamısını sənin əlindən alacaq.bir ṣey fikirləṣ....