Menu

"Biz onları gözləyirik" - Tramp Çinə səsləndi

08.04.2025, 17:49
"Biz onları gözləyirik" - Tramp Çinə səsləndi

“Çin də çox pis sövdələşmə etmək istəyir, amma bunu necə başlayacaqlarını bilmirlər”

“AzPolitika” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial media hesabından etdiyi açıqlamada bildirib.

Tramp Çinin ABŞ-la razılaşmaq istədiyini, lakin hərəkətə keçməkdə çətinlik çəkdiyini bildirib.

“Biz onların zəng etmələrini gözləyirik. Bu baş verəcək!”,- deyə Tramp qeyd edib.

Xatırladaq ki, Çin ticarət nazirliyi Trampın tarif qərarı ilə bağlı açıqlamada Pekinin sona qədər mübarizə aparacağını, qətiyyətli əks tədbirlərlə cavab verəcəklərini bildirmişdi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol