Menu

Türkiyə Prezidenti həbsdəki Öcalanla görüşən heyəti qəbul edib - FOTOLAR

10.04.2025, 15:17
Türkiyə Prezidenti həbsdəki Öcalanla görüşən heyəti qəbul edib - FOTOLAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  PKK terror təşkilatının həbsdəki "rəhbəri" ilə görüşən DEM Partiyasının heyətini qəbul edib.

"AzPölitika" xəbər verir ki, Ərdoğan DEM Partiyasının Van Millət vəkili Pervin Buldan və İstanbul Millət vəkili Sırrı Süreyya Öndəri qəbul edib.

Görüşdə eyni zamanda, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın və AK Partiya sədrinin müavini Efkan Ala iştirak edib.

Bu, Türkiyə dövlət başçısının DEM Partiya rəhbərləri ilə ilk görüşüdür.

DEM Partiyasının rəhbərliyi İmralı adasında  PKK terror təşkilatının həbsdəki "rəhbəri"Abdullah Öcalanla danışıqlar aparıb.

Qeyd edək ki, bir müddət əvvəl PKK terror təşkilatının həbsdəki başçısı Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “Silahı yerə qoyun!” çağırışı yer alıb.

Xatırladaq ki, terorçubaşı Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol