Menu

Fətullah Gülən İnterpola verilir - VİDEO

17.12.2014, 16:07
Fətullah Gülən İnterpola verilir - VİDEO

Davutoğlu: "Fətullah Gülən ilə əlaqədar istintaq nə lazımdırsa, onu edəcək"

Türkiyədə “paralel hökumət” qurmaqda ittiham olunan Fətullah Gülənin barəsində də tədbirlər görüləcək.

ANS TV-nin məlumatına görə, Türkiyənin baş naziri Əhməd Davutoğlu qeyd edib ki, 14 dekabrda saxlanılan mediya nümayəndələri “Tahşiyəcilər” cəmiyyətini əsassız yerə terror qruplaşması olmaqda ittiham edib və onlara qarşı saxta sənədlər hazırlayıb.

“Fətullah Gülən ilə əlaqədar istintaq nə lazımdırsa, onu edəcək. Bizim buradan nəyin necə olması barədə şərh etməyimizi doğru deyil. İstintaq prosesi çərçivəsində hansısa tələb irəli sürülərsə, ki bura interpola həbs əmrinin verilməsi tələbi də daxildir. Bu tələblər vətəndaşlar arasında heç bir ayrıseçkilik edilmədən yerinə yetiriləcək”. - deyə Davudoğlu qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol