Menu

Rusiya və ABŞ diplomatların gediş-gəlişini asanlaşdırmaq üçün tədbirlər haqqında razılığa gəlib

10.04.2025, 23:09
Rusiya və ABŞ diplomatların gediş-gəlişini asanlaşdırmaq üçün tədbirlər haqqında razılığa gəlib

Rusiya və ABŞ İstanbulda keçirilən məsləhətləşmələrdə diplomatların gediş-gəlişini və onların viza tələblərini asanlaşdırmaq üçün gələcək tədbirlər haqqında razılığa gəliblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın Vaşinqtondakı səfiri, səfirliklərin işindəki problemlərlə bağlı ABŞ ilə görüşdə Rusiya nümayəndə heyətinin rəhbəri olan Aleksandr Darçiyev bildirib.

“Diplomatların qəbul edən ölkədə hərəkət rejiminin asanlaşdırılması, eləcə də onlara viza rəsmiləşdirilməsi üzrə gələcək tədbirlər barədə razılıq əldə olunub”, - səfir söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol