Menu

Moskvada Putin-İlham Əliyev-Paşinyan görüşü olacaq?

11.04.2025, 12:11
Moskvada Putin-İlham Əliyev-Paşinyan görüşü olacaq?

Ermənistanın “Joqovurd” qəzeti mayın 9-da Moskvada Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin görüşəcəyini iddia edib. 

Məqalədə qeyd olunur ki, prezidentlər qələbə paradından əvvəl bir araya gələcəklər.

"Rusiya dairələrindən bizə verilən məlumata görə, razılıq əldə olunacaq ki, may bayramlarından sonra Ermənistan və Azərbaycan Alma-Atada hansısa sülh sənədi imzalayacaqlar. Paşinyan Alma-Ata bəyannaməsini Ermənistan - Azərbaycan danışıqlarının mərkəzinə qoyduğu üçün imzalanma yeri kimi Qazaxıstan, Alma-Ata təsadüfən seçilməyib. “Joqovurd” qəzeti bu məlumatı Ermənistan Respublikasının baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryanla dəqiqləşdirməyə çalışıb, lakin o, cavab verməkdən imtina edib”, – nəşr yazır.

“AzPoltika” məlumatın doğru olub-olmadığı barədə Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadəyə informasiya sorğusu ilə müraciət edib. O, “bu barədə hər hansı açıqlamamız yoxdur” cavabı ilə kifayətlənib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol