Ermənistanla Türkiyə Ani körpüsünün bərpası məsələsini müzakirə edir.
APA-nın Antaliyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Ermənistanla əlaqələrin normallaşması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç deyib.
O bildirib ki, Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüşün olacağını təxmin edir: “Ruben Rubinyanla (Ermənistanın Türkiyə ilə əlaqələrin normallaşması üzrə xüsusi nümayəndəsi -red.) bir az əvvəl təmasımız oldu, amma hələ dəqiq növbəti görüşün tarixini razılaşdırmamışıq”.
Sərdar Kılıç Türkiyənin də Ermənistandan Konstitusiyasına dəyişiklik tələbinin olub-olmamasına aydınlıq gətirib: “Konstitusiyanın dəyişdirilməsi ilə bağlı Nikol Paşinyan da açıqlama verib. Bu çərçivədə lazımi dəyişiklikləri Ermənistan öz Konstitusiyasında edəcək”.


Şərhlər
Konstitusiyamıza xəritəsini də zəruri əlavə kimi təklif edirdim. Hər dövlətin konstitusiyası da rəsmən özünə aid mümkün dəqiq-coğrafi xəritəsini əlavə etməlidir. BMT yaranandan siyasi birgəyaşam prinsipləri ilə təkmilləşdirilsə də, elə azsaylı həlledici səsli dövlət liderlərinin hüquqdan kənar VETOları ilə də pozulur?