Menu

Ukraynanın F-16 pilotu həlak olub - Hərbi Hava Qüvvələri açıqlama yaydı

12.04.2025, 17:31
Ukraynanın F-16 pilotu həlak olub - Hərbi Hava Qüvvələri açıqlama yaydı

Aprelin 12-də Ukraynanın F-16 qırıcısının 26 yaşlı pilotu Pavel İvanov döyüş tapşırığını yerinə yetirərkən həlak oldu. 

”AzPolitika” bildirir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb .

"Pavelin ailəsinə dərin hüznlə başsağlığı veririk. O, döyüşdə öz doğma torpağını işğalçılardan müdafiə edərək həlak olub", - açıqlamada deyilir.

Hərbi Hava Qüvvələri qeyd edib ki, bu gün F-16 pilotları müxtəlif istiqamətlərdə döyüş tapşırıqlarını “inanılmaz dərəcədə çətin şəraitdə, hava hücumu qrupları üçün qırıcı örtüyü təmin etməklə və düşmən hədəflərinə zərbə endirməklə” yerinə yetirirlər.

"Ukraynalı pilotlar döyüş tapşırıqlarını yerinə yetirərkən hər dəfə öz həyatlarını riskə ataraq maksimum fədəkarlıq nümayiş etdirirlər, Pavel də onlardan biri idi!" - açıqlamada qeyd edilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol