Menu

Suriyada türkmən generala yüksək vəzifə verilib - FOTOLAR

14.04.2025, 09:50
Suriyada türkmən generala yüksək vəzifə verilib - FOTOLAR

Suriyada türkmən mənşəli generala yüksək vəzifə verilib. Modern.az-ın məlumatına görə, Türkiyə tərəfindən dəstəklənən Suriya Milli Ordusunun məşhur generalı Fehim İsa Suriya müdafiə nazirinin müavini, eyni zamanda Şimali Regionun Komandanı vəzifəsinə təyin olunub.

Fehim İsa Suriyanın strateji əhəmiyyət daşıyan şimal bölgəsinin təhlükəsizliyindən məsul olacaq.

Türkmən əsilli generalın qərargahının Hələb şəhərində yerləşəcəyi bildirilir.

General Fehim İsa Suriya türkmənlərinin tanınmış hərbi liderlərindən biridir. O, Suriya Milli Ordusunun önəmli bir hissəsini təşkil edən Sultan Murad Diviziyasına rəhbərlik edib. Siyasi dairələrdə, xüsusilə də Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı ilə yaxınlığı ilə tanınır. Mətbuat onun daha əvvəl Bağçalıya etdiyi rəsmi ziyarətlə gündəmə gəldiyini xatırladır.

Fehim İsanın yüksək vəzifəyə təyin olunması Suriya lideri Əhməd əş-Şaranın Türkiyəyə son səfərindən sonra həyata keçirilib. Bu səbəbdən təyinat Suriya-Türkiyə münasibətlərinin gələcəyi baxımından da simvolik əhəmiyyət daşıyır.

Qeyd edək ki, yeni hökumət açıqlananda türkmən icmasının heç bir nümayəndəsinin nazir postuna gətirilməməsi ictimaiyyətdə narazılığa səbəb olmuşdu. Fehim İsa Suriyanın yeni hakimiyyəti dövründə yüksək dövlət vəzifəsi tutan ilk türkmən rəsmi kimi tarixə düşüb.

1428406

1428407

1428408

Şərhlər

ad 2025-04-14 10:32:19

turkmen yox, turkman

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol