Menu

DSMF-yə YENİ SƏDR TƏYİN OLUNDU - Zəka Mirzəyev kimdir?+DOSYE

16.04.2025, 20:23
DSMF-yə YENİ SƏDR TƏYİN OLUNDU - Zəka Mirzəyev kimdir?+DOSYE

Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Zəka Aqil oğlu Mirzəyev Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri təyin edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Zəka Mirzəyev 2005-ci ildən Maliyyə Nazirliyində baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2018-ci ildən Dövlət Sosial Müdafiə Fondunun idarə rəisi vəzifəsində çalışıb. 2020-ci ildən Fondun İdarə Heyətinin sədr müavini olub.

Xatırladaq ki, DSMF-nin keçmiş sədri Himalay Məmişov Prezidentin müvafiq sərəncamı ilə maliyyə nazirinin müavini təyin edilib.

DSMF-nin yeni sədri kimdir? 

Zəka Mirzəyev 1978-ci ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr pilləsini, 2002-ci ildə magistr pilləsini fərqlənmə diplomu ilə, 2007-ci ildə aspiranturasını bitirib.

2000-ci ildə özəl sektorda hüquq məsləhətçisi işləyib. 2003-2004-cü illərdə hərbi xidmətdə olub.

2005-ci ildən Maliyyə Nazirliyində baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2018-ci ildən Dövlət Sosial Müdafiə Fondunun idarə rəisi vəzifəsində çalışıb.

2020-ci ildən Fondun İdarə Heyətinin sədr müavini olub.

Şərhlər

Baba-ya 2025-04-17 16:32:08

Təyin olunanların əsl milliliyi,,harada doğulduğu,Bakıda necə və nə məqsədlə peyda olduqları qəsdən gizlədilir və bəzən də cavan kadrların təyinatında Bakıda anadan olyub yazılır.Amma bu Bakıda doğulanların Bakı barədə heç təsəvvürləri belə yoxdur....

İ.Mustafaoğlu 2025-04-17 13:53:48

DSMF -na peşəkar iqtisadçı kadrlar təyin olunmalıdır ! Qeyri-peşəkar kadrlar təyin olunduğundan vətəndaşların müraciətlərinə qanuni cavablar verilmir, sosial narazııqların yaranmasına və əsassız yazışmalara gətirib çıxarır. Pensdiya təminatı Departamentinə peşəkar iqtisadçı, maliyyəçi kadrlar təyin olunmalıdır, çünki vətəndaşara düzgün pensiya təyin etmirlər və bu səbəbli əsassız yazışmalar davam edir......?

Baba 2025-04-16 16:42:50

İndi təyin olunan məmurların nazir və müavinlərinin harada doğulmağını yazmırlar. Vkipediyada da çox vaxt bu olmur

Şakir 2025-04-16 15:34:39

Bəs beynəlxalq hüquq nə oldu?Bu oyunbazlıqlara nə zaman son qoyulacaq?Belə təyinatlar ölkəni qarmaşıq və geri saldığına hakimiyyət niyə diqqət etmir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol