Menu

Latviya Rusiya ilə sərhədini minalayır

16.04.2025, 20:16
Latviya Rusiya ilə sərhədini minalayır

Polşa və digər Baltikyanı ölkələrin ardınca Latviya da piyada əleyhinə minaların istifadəsini qadağan edən konvensiyadan çıxır.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Latviya Rusiya və Belarus Respublikası ilə sərhəddə minalama işlərinə başlayacaq.

2025-ci il martın 18-də Litva, Estoniya və Polşa piyada əleyhinə minaların istifadəsini, istehsalını və yığılmasını qadağan edən 1997-ci il Ottava Konvensiyasından çıxmaq niyyətlərini açıqlayıblar. Bu qərar Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Rusiya və Belarusdan hərbi təhlükənin artması ilə əsaslandırılıb. Adı çəkilən bütün ölkələr Rusiya və Belarusla sərhədlərini minalamaq qərarına gəliblər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol