Menu

Bank kartlarından daha 52 min manata yaxın vəsait oğurlandı

18.04.2025, 09:44
Bank kartlarından daha 52 min manata yaxın vəsait oğurlandı

Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.

Bu barədə DİN-in mətubat xidmətindən bildirilib.

Qeyd edilib ki, aprelin 17-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 34427, 7050, 3970, 1500, 999, 830, 670, 500, 483, 303, 300, 250, 192, 85 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

“Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”, - məlumatda qeyd edilib.

Şərhlər

Elşən 2025-04-18 10:18:54

Bank kartlarından pulların oğurlananmasına səbəb , cavabdeh bankdı . Cavabdehliyi bankın üstünə atmaq lazımdı ki , oğurluq olmasın . Necə deyərlər quzunu oğruya tapşır oğurlamasınlar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol