ABŞ yaxın aylarda Suriyadakı hərbçilərinin sayını azaldacaq.
Bunu Pentaqonun sözçüsü Sean Parnel deyib.
O, Suriyada xidmət edən ABŞ əsgərlərinin vəzifələri ilə bağlı edilən yeniləmələr nəticəsində, önümüzdəki aylarda bu ölkədəki əsgərlərin sayının 1000-dən aşağı salınacağını bildirib.
ABŞ sözçüsü açıqlamasında Suriyada terror təşkilatı İŞİD-ə qarşı əldə edilən uğurlara və hazırkı hərbi qiymətləndirmələrə toxunaraq, "Müdafiə naziri bu gün Birləşmiş Müştərək İşgüzar Qüvvələr-Qətiyyət əməliyyatı çərçivəsində Suriyadakı ABŞ qüvvələrinin müəyyən nöqtələrdə birləşdirilməsi əmrini verdi", -deyib.
"AzPolitika.info"


Şərhlər