Menu

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTOLAR

19.04.2025, 18:17
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTOLAR

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunun Yuxarı Əylis kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib. Görüşdə Aşağı Əylis kəndindən olan seçicilər də iştirak ediblər.

Millət vəkili daha sonra Kotam kəndində seçiciləri ilə görüşüb. Yeni Azərbaycan Partiyasının Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov da görüşlərdə iştirak edib.

Deputat görüşlərdə seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.

Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.

Şərhlər

İ.İmamov 2025-04-20 22:59:16

Deputat Vüqar Rəhimzadə yeganə deputatdır ki, ölkəmizin bütün bölgələrindən ünvanına edilən müraciətlərinə obyektif baxır və onlara köməklik göstərməkdən mənəvi zövq alır. Vüqar müəllim olduqca savadlı, ciddi və tələbkar kadrdır. Vüqar Rəhimzadə kimi bütün deputatar vətəndaşların müraciətlərinə obyektif baxılmasına köməklik göstərsələr, ölkəmizdə heç vaxt sosial narazılıqlar olmaz. Dövlətimizə və xalqımıza sədaqətlə xidmət edən V.Rəhimzadə deputatlıq missiyasını uğurla həyata keçirir. Xalqımızın dəyərli oğlu olan Vüqar Rəhimzadəyə uğurlar arzulayıram!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol