Menu

"ABŞ ilə danışıqlar səmərəli ola bilər" - İranın XİN başçısı

20.04.2025, 18:28
"ABŞ ilə danışıqlar səmərəli ola bilər" - İranın XİN başçısı

ABŞ ilə danışıqlar səmərəli ola bilər.

“Report” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi italiyalı həmkarı Antonio Tayani ilə telefon danışığı zamanı deyib.

O bildirib ki, İran və ABŞ arasında xoşməramlılıq və realizm davam edərsə, danışıqlar səmərəli ola bilər.

Əraqçi, həmçinin Omanda keçirilən danışıqların konstruktiv olduğunu qeyd edib.

Tayani də öz növbəsində İranın məsuliyyətli yanaşmasını yüksək qiymətləndirib.

O, həmçinin İtaliyanın bu diplomatik prosesin irəliləməsinə kömək etməyə hazır olduğunu bir daha bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol