Menu

ABŞ müdafiə naziri Pit Heqset istefaya göndərilə bilər

21.04.2025, 08:13
ABŞ müdafiə naziri Pit Heqset istefaya göndərilə bilər

Pentaqonun rəhbəri Pit Heqset öz vəzifəsində uzun müddət qala bilməyəcək.

APA xəbər verir ki, bunu Pentaqonun sabiq sözçüsü Conatan Elliott “Politico” qəzetinə açıqlamasında deyib.

Mart ayında vəzifəsindən uzaqlaşdırılan Elliott Pentaqonun son bir ayda sızma və kütləvi ixtisarlar fonunda ümumi xaos içində olduğunu deyib.

"Bunları nəzərə alsaq, müdafiə naziri Pit Heqsetin uzun müddət öz işində qalmasını təsəvvür etmək çətindir", - o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol