Menu

Yeni Roma Papası kim olacaq? – Namizədlərin adları məlum oldu

21.04.2025, 13:00
Yeni Roma Papası kim olacaq? – Namizədlərin adları məlum oldu

Məlum olduğu kimi, katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa Fransisk 88 yaşında vəfat edib.

Fransiskin vəfatından sonra katolik kilsəsi Kardinallar Konklavı yeni Roma Papasını seçmək üçün Vatikanda Sikstin kapellasında toplanacaq.

Qeyd olunur ki, yeni Papanın seçilməsindən məsul olan yaşı 80-dən az olan 137 kardinal yaxın günlərdə Sikstin kapellasında keçiriləcək konklav prosesində iştirak edəcək. Kardinallar xarici aləmlə bütün əlaqələrini kəsərək gizlilik andı içəcəklər.

Səsvermə hər gün dörd dəfə keçiriləcək və proses tələb olunan üçdə iki səs çoxluğu əldə olunana qədər davam edəcək.

Qeyd olunur ki, namizədlər arasında Vatikanın dövlət katibi kardinal Pietro Parolin (İtaliya), sosial ədaləti vurğulaması ilə tanınan kardinal Luis Antonio Taqle (Filippin) və afrikalı namizəd kardinal Peter Turkson (Qana) var. Macarıstanlı kardinal Peter Erdo və ukraynalı gənc kardinal Mikola Bixok da mümkün namizədlər hesab olunur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol