Menu

"Minsk qrupunun buraxılması məsələsi üzərində oyun qurula bilər" - Fərid Şəfiyev

21.04.2025, 14:25
"Minsk qrupunun buraxılması məsələsi üzərində oyun qurula bilər" - Fərid Şəfiyev

ATƏT-in Minsk qrupunun buraxılması məsələsi üzərində oyun qurula bilər.

Bunu “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O bildirib ki, Maltadakı müzakirədə (Maltanın paytaxtı Vallettada ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası – red.) Minsk qrupunun buraxılmasına Ermənistandan başqa, ABŞ və Fransa da qarşı çıxıb:

“İndi də bu məsələ ilə bağlı oyun qura bilərlər. Belə ki, Ermənistan Azərbaycanın təklifi ilə razılaşdığını deyər. Fransa isə prosesin icrasına əngəl törədər. Onlar öz aralarında bunu razılaşdıra bilərlər. Düzü, mən belə manevrlər etməyə çalışacaqlarını istisna etmirəm. Bu mövqe ondan ibarətdir ki, sülh sazişi imzalansın, sonra Minsk qrupu buraxılsın”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol