Menu

Ruslar Pokrovskda geri çəkilir - “Bu yolu kəsmək istədilər, amma bacarmadılar”

21.04.2025, 15:59
Ruslar Pokrovskda geri çəkilir -  “Bu yolu kəsmək istədilər, amma bacarmadılar”

Rusiya qoşunları Donetsk vilayətinin Pokrovsk şəhərinin qərbindən geri çəkilir.

“AzPolitika” xəbər verir ki, bu barədə aprelin 21-də Xortitsa Operativ-strateji Qüvvələr Qrupunun nümayəndəsi Viktor Trequbov məlumat yayıb.

Məlumatda deyilir ki, Ukrayna Silahlı Qüvvələri Pokrovsk yaxınlığında şiddətli döyüşlər aparır. Trequbovun dediyinə görə, Pokrovsk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin Kotlino kəndini geri alması "dönüş nöqtəsi" olub. Bundan sonra ruslar tədricən həmin istiqamətdən geri çəkilməyə başlayıb: "Söhbət şəhərin qərbindəki mövqelərdən gedir. Orada, mart ayından bəri yavaş-yavaş sürünərək uzaqlaşırlar. Onlar Dnepropetrovsk vilayətindən - Pavloqraddan Pokrovska gedən yolu kəsmək üçün çox fəal şəkildə irəliləməyə çalışırdılar. Lakin bacarmadılar”.

O əlavə edib ki, işğalçılar hücumlara cəmlədikləri əhəmiyyətli resurslara baxmayaraq, bu istiqamətdə uğur qazana bilmirlər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol