Mədəniyyət nazirinə yeni müşavir təyin olunub. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat yayıb.
Məlumatda qeyd olunub ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə Əməkdar incəsənət xadimi, yazıçı, publisist Orxan Fikrətoğlu (Orxan Sadıqov) təyinat alıb.
O, Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətləri üzrə bir neçə vacib sahənin koordinasiyasını həyata keçirəcək.
Qeyd edək ki, Orxan Fikrətoğlu uzun müddət müxtəlif media orqanlarında və bir sıra qurumlarda fəaliyyət göstərib. Bu təyinatadək Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikası Kino Agentliyinin baş direktorun səlahiyyətlərini müvəqqəti icra edib.


Şərhlər
Orxan Fikrətoğlu dəyərli ziyalıdır, onun haqqında səviyyəsiz şərh yazanları qınaylram. Bəlkə də hardasa səhvi olub, amma bu o demək deyil ki onun dəyərini inkar etməliyik. Orxan Fikrətoğluna ictimai işlərində uğurlar diləyirəm.
Çoxsifətli insan. Yaxşı danışmağı var. O da özü bilir ki valideyinindən qalmadır. Özündə isə cıkız insancıq xüsusiyyətləri var. Utanan üzü yoxdur. Təki vəzifə olsun. Onun bu xasiyyətini yaxşı bilirlər. Məsələn, kulinariya sahəsində böyük işlər görmüş, Azərbaycanı bu sahədə dünyada tanıdan bir Şəxsin vurulmasında iştirak edərək respublikanın necə deyərlər baş aşbazı oldu. Heç utandımı əməlindən? Yox. Üzü padoşdur
Vəzifədə olmayanda hamısı söz pəhləvanıdır. Illərdir özünü ağıllı göstərib xalqa agıl öyrədirdi. Axır ki, vəzifə aldı. Başımız rahat olar heç olmasa.
Adam özünü köhnə azərbaycanlı adlandıraraq televiziyaların birində kənduinə yer eləmişdi. Oradan Azərbaycana desəm yalan olar, Bakı və Abşeron yarımadasına məhəlli xarakterli retro predmetlər ötürürdü. Publikada samovar çayına, təsbehə və nərtaxtaya məhəbbət aşılayırdı.
Gəzmədiyi ocaq başı qalmadı , keçmiş baş aşpazımızın. Nə ayrandı , nə qatıq , əsl o’keydir , o’key
Maşallah təbrik edirik haqqı danışa danışa vəzifə aldı indi susacaqmı yoxsa haqqı bərpa etməkdə xalqa kömək olacaqmı