Menu

Bakıda iki qız itkin düşüb - FOTO

21.04.2025, 22:16

Bakının Maştağa qəsəbəsində azyaşlı qızlar itkin düşüblər. Bu barədə Metbuat.az-a onların valideynləri məlumat veriblər.

Belə ki, 16 aprel, saat 20 radələrində 2008-ci il təvəllüdlü Aygün Bəhram qızı Hüseynova və 2007-ci il təvəllüdlü Reyhan Elşən qızı Hüseynova yaşadıqları ünvandan çıxıb və bir daha geri dönməyiblər.

Onlar dayı qızı və bibi qızı olublar.

Qeyd edək ki, qızların itkin düşməsi ilə bağlı polisə məlumat verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol